Mark Rütte: “Kiyev hərtərəfli dəstək alacaq”

03.02.2026

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte Kiyevdə Ali Radada çıxışı zamanı belə deyib.
“NATO Ukraynanın döyüş təcrübəsini yaxından öyrənir. Ukrayna yenilikləri ‘unikal və təsirli şəkildə’ tətbiq edir. Ötən ilin yayından NATO Ukraynaya cəbhəyə yerləşdirilən raketlərin 75%-ni və hava hücumundan müdafiə raketlərinin 90%-ni təmin edib. Bu dəstək indiki hərbi vəziyyətdə əsas rol oynayır”, – alyansın baş katibi vurğulayıb.
Onun iddiasına görə, sülh razılaşması əldə edildikdən sonra Ukrayna quru qoşunlarının mövcudluğu ilə yanaşı, səmada hava qüvvələri və dənizdə yardım da daxil olmaqla əlavə dəstək alacaq.
Rutte həmçinin ABŞ, Avropa ölkələri və Kanadanın Ukraynaya müəyyən təhlükəsizlik təminatları verməyə hazır olduqlarını bildirib. NATO-nun baş katibi bildirib ki, “könüllülər koalisiyası” adlanan təsisat bu təminatların hazırlanmasında irəliləyiş əldə edib.
“Gələcək sazişlər Budapeşt Memorandumu və ya Minsk razılaşmaları ilə eyni taleyi yaşamamalı, daha etibarlı və effektiv təhlükəsizlik mexanizmlərinə ehtiyac olduğunu vurğulamalıdır”, – Şimali Atlantika Alyansının baş katibi çıxışının sonunda deyib.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью