Mark Rütte: NATO ABŞ nin alyansda iştirakını azaldacağını nəzərə almalıdır

18.06.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 18 iyun, AZƏRTAC

ABŞ Avropadakı qoşunlarının sayını dərhal azaltmağa başlayacaq.

AZƏRTAC xəbər verir ki, ERR teleradio kompaniyasının məlumatına görə, NATO-nun Baş katibi Mark Rütte bunu alyansın müdafiə nazirlərinin görüşündən əvvəl jurnalistlərə deyib. Mark Rütte, həmçinin Vaşinqtonun müharibə zamanı Avropanı müdafiə etmək üçün əlindən gələni əsirgəməyəcəyinə ümidini ifadə edib.

Baş katibin sözlərinə görə, NATO ABŞ-nin alyansda iştirakını azaldacağını nəzərə almalıdır, lakin Avropa İttifaqı (Aİ) silahlı qüvvələrin sayını artırmaqla bu məkanı dolduracaq, bəzi Aİ ölkələri artıq bunu edir, bəziləri isə buna hazırlıq görür.

Xatırladaq ki, ilin əvvəlində ABŞ Avropadakı qüvvələrinin sayının azaldılması prosesinə başlayıb. Vaşinqton, eyni zamanda, Avropa İttifaqı ölkələrini təhlükəsizlik sahəsinə töhfələrini artırmağa çağırıb. Ağ Ev Avropada kəşfiyyat, komandanlıq və nəzarət, həmçinin logistik aktivlərini saxlayacağını və Avropanın nüvə müdafiəsinə sadiq qalacağını vəd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью