Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya NATO üçün uzunmüddətli təhdidə çevrilib.
NATO-nun Baş katibi Mark Rutte bunu "Bloomberg TV"yə müsahibəsində deyib.
Rutte qeyd edib ki, Berlin divarının süqutundan sonra Avropada müdafiə xərcləri əhəmiyyətli dərəcədə azaldılıb.
“Berlin divarının süqutundan sonra müdafiə xərclərinin çox hissəsi azaldıldı. Hesab olunurdu ki, artıq heç vaxt müharibə olmayacaq bir dünyada yaşayırıq. Lakin sonradan Putin hakimiyyətə gəldi və getdikcə daha radikal oldu və NATO üçün uzunmüddətli təhdidə çevrildi”, - o bildirib.
Baş katib bu səbəbdən NATO üzvlərini hərbi xərcləri artırdığını və hərbi imkanlarını gücləndirdiyini bildirib.