Mark Rüttedən etiraf: Ukrayna Rusiya ilə cəbhədə məğlub olur

14.11.2024

Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.

“Ukrayna hazırda Rusiya ilə cəbhədə məğlub olur”.

“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Varşavada keçirdiyi mətbuat konfransında deyib.

“İndi bütün qış boyu və lazım gələrsə, uzunmüddətli perspektivdə biz Ukraynaya hərbi yardım axının davam etdiyinə əmin olmalıyıq. Onda biz Kiyevi ərazi itirdiyi mövqedən cəbhəni sabitləşdirmək və sonra ərazisini bərpa etmək mövqeyinə keçirə bilərik”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, NATO-nun Kiyevə hərbi dəstəyi son dərəcə vacib olaraq qalır. Rütte həmçinin Polşa hakimiyyəti ilə alyansın müdafiəsini gücləndirməyi müzakirə etdiyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью