Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp İraqa xüsusi elçi təyin edib.
Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu vəzifəyə onun 2024-cü il prezidentlik kampaniyasını dəstəkləyən iş adamı Mark Savayanı təyin edib.
"Mark Savayanın İraq Respublikasında xüsusi elçi vəzifəsində çalışacağını elan etməkdən məmnunam. Markın İraq-ABŞ münasibətlərini və onun bölgədəki əlaqələrini dərindən başa düşməsi Amerika xalqının maraqlarını inkişaf etdirməyə kömək edəcək",-Tramp bildirib.
İlahə Qənbərli
Missiya.Az