Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. ABŞ-də qeyri-adi məhkəmə prosesi başlayıb.
Yeniavaz.com “Nyu York Post” qəzetinə istinadla xəbər verir ki, Mark Zukerberq Mark Zukerberqi məhkəməyə verib.
Onlardan biri milyarder və “Meta” şirkətinin baş direktoru, digəri isə İndiana ştatından müflis vəkildir.
Vəkil adının Mark Zukerberqin adı ilə üst-üstə düşdüyü üçün onun və şirkətinin hesablarının “Facebook” platformasında mütəmadi olaraq bloklandığını bildirib.
Son səkkiz il ərzində onun biznes səhifəsi beş dəfə bloklanıb. Çünki avtomatik moderasiya sistemləri onu saxta hesab edib.
Bloklanma üçün formal səbəb isə “məşhur şəxsin təqlididir”. O, hesabının ilk dəfə 2010-cu ildə bloklandığını və o vaxtdan bəri hər dəfə real
Vəkil həmçinin peşəkar səhifəsinin bloklanması ilə əlaqədar müştərilərini və pullarını itirdiyini iddia edib.
O, “Facebook” reklamına 11 000 dollardan çox pul xərclədiyini, lakin hesabı deaktiv edildikdən sonra müflis olduğunu bildirib.