Markesin məşhur əsərinə çəkilən serial təqdim edildi

06.08.2026

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kolumbiyalı yazıçı Qabriel Qarsiya Markesin eyniadlı romanı əsasında ekranlaşdırılan "Yüz ilin tənhalığı" serialının davamı "Netflix" platformasında tamaşaçılara təqdim olunub.
Kulis.az xəbər verir ki, Markesin sağlığında ekrana uyğunlaşdırılmasına qarşı çıxdığı əsər, müəllifin vəfatından sonra varislərinin razılığı ilə serial formatında lentə alınıb.
Lora Mora və Karlos Morenonun rejissorluğu ilə ərsəyə gələn ekran işində Klaudio Katanyo, Xulian Roman və Enmanuel Suasa kimi tanınmış aktyorlar rol alıblar.
Qeyd edək ki, serial romandakı magik realizm elementlərinə və məzmun cəhətdən mətnə sadiqliyi ilə diqqət çəkir.

Puşkinin ölümünə görə sürgün edildi, dueldə öldürüldü – Lermontovun acı taleyi Çingiz Ələsgərli: "50 il işləmişəm, heç bir fəxri adım yoxdur..." - Müsahibə Ədalətli Daniel - Henrix Böllün hekayəsi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью