Marketdə çalışan şəxs qətlə yetirildi

22.12.2024

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə “Daş körpü” adlanan ərazidə baş verib.

Hələlik adı açıqlanmayan bıçaqlanan Gəncə sakini, iki nəfər naməlum şəxs tərəfindən xəstəxanaya gətirilib. 

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Ölən şəxsin marketdə çalışdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью