Marketdə müştəri öldü

04.02.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Bakıda 75 yaşlı qadın marketdə vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə fevralın 3-ü saat 13 radələrində Nizami rayonu C.Naxçıvanski küçəsi 73-də yerləşən “Oba” marketdə baş verib.

Bakı şəhər sakini 1951-ci il təvəllüdlü Gülsarə İsa qızı Mirzəliyeva orada qəfil vəfat edib. Marketə müştəri qismində gələn şəxsin infarktdan öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью