Marketdə müştərinin çantasını oğurlayan şəxs SAXLANILDI

10.07.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Yasamal rayonunda oğurluq hadisəsi qeydə alınıb.

DİN-in Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, rayon ərazisində yerləşən marketlərdən birində alış-veriş edən zərərçəkənə məxsus, içərisində 300 manat pul və 3000 manat dəyərində qızıl-zinət əşyaları olan çanta oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 50 yaşlı S.Absalamova müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью