Marketdə saqqızdan boğulan qız belə xilas edildi VİDEO

01.09.2026

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Qazaxıstanın Almatı şəhərində marketdə boğulmaq təhlükəsi ilə üzləşən gənc qızı hərbçi xilas edib.

"Bakupost" xəbər verir ki, hadisə avqustun 28-də “Dostluq” marketində baş verib. Qız qəfil özünü pis hiss edib və nəfəs almaqda çətinlik çəkərək boğulmağa başlayıb.

Həmin vaxt marketdə olan mayor Həsən Sultan Sarsenbaqov vəziyyətə müdaxilə edib. Hərbi diviziyanın komandiri olan mayor qızın nəfəs borusuna yad cismin düşdüyünü müəyyənləşdirərək xüsusi ilk yardım texnikasından istifadə edib.

Onun müdaxiləsi nəticəsində qızın tənəffüsü bərpa olunub və nəfəs borusuna düşən qida parçası çıxarılıb.

Hadisə zamanı göstərilən operativ yardım qızın həyatını xilas edib.

Aygün,

BakuPost





TikTok videosuna bax


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью