Marketdə vaxtı keçmiş NAN uşaq yeməyi satılır ŞİKAYƏT

24.09.2026

Lent az saytına istinadən Icma.az xəbər verir.

Marketlərin birində istifadə müddəti bitmiş uşaq yeməyi satılır.

Bu barədə Lent.az-a müraciət edən şikayətçi bildirib ki, dünən marketlərdən birindən “NAN” uşaq qidası alıb. Lakin evə gəldikdən sonra onun istifadə müddətinin bitdiyini görüb.

“Burada məsələ qidanın uşaqlar üçün nəzərdə tutulmasıdır. Belə bir məhsulun son istifadə tarixi keçmiş vəziyyətdə satışa çıxarılması qəbuledilməzdir. Mağazada məhsulların son istifadə tarixlərinə nəzarətin necə aparıldığı ciddi sual doğurur”, - deyə şikayətçi qeyd edib.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, sözügedən məsələ nəzarətə götürülüb, araşdırılır:

“Araşdırmanın nəticələrinə uyğun tədbir görüləcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью