Marketdə yanğın 8 nəfərin həyatına SON QOYDU

04.01.2025

Icma.az, Modern.az saytına istinadən bildirir.

Çinin Hıbey əyalətində marketdə baş verən yanğın nəticəsində 8 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Modern.az TASS-a istinadən xəbər verir ki, yanğın Canciakou şəhərində səhər saatlarında baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər təxminən saat yarımdan sonra yanğını nəzarət altına alıblar. Axtarış-xilasetmə işləri başa çatıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью