Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəzər rayonunun Binə qəsəbəsində yerləşən “Rahat” supermarketdə oğurluq hadisəsi baş verib.
“Yeni Sabah” xəbər verir ki, 2010-cu il təvəllüdlü, tam eşitmə məhdudiyyətli, Xəzər rayonundakı internat tipli xüsusi ümumtəhsil məktəbinin 11-ci sinif şagirdi S.Səməndərov (şərti soyad) marketin müdirinin otağına gizli şəkildə daxil olaraq oradan 1492 manat pul götürüb.
O, marketdən çıxdıqdan sonra həmin vəsaitin bir hissəsinə dönər alıb, qalanını isə müxtəlif yerlərdə xərcləyib. Online alış-veriş
Hadisə ilə bağlı market rəhbərliyi təhlükəsizlik kameralarının görüntülərini polisə təqdim edib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində məktəbli saxlanılıb. Onun üzərindən 62 manat pul aşkar edilərək götürülüb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanıb və materiallar baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.
Məhkəmə iclasında marketin nümayəndələri məktəblidən şikayətçi olmadıqlarını bildirərək onun ailə vəziyyətini və sağlamlıq imkanlarını nəzərə alıb barışıqla bağlı sənəd təqdim ediblər. Bununla yanaşı, dəymiş ziyanın ödənilmədiyi də qeyd olunub.
Məhkəmənin hökmü ilə 16 yaşlı S.Səməndərova bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron qolbaq taxılıb və yaşadığı ərazini tərk etməməsi ilə bağlı öhdəliklər qoyulub.