Marketdən alınan toyuğun içindən görün nə çıxdı FOTOLAR

07.10.2025

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Hicaz” markalı toyuq məhsulu ilə bağlı yayılan görüntülər geniş müzakirələrə səbəb olub.

AZXEBER.COM-a müraciət edən vətəndaş marketlərin birindən alınan "Hicaz” toyuğunun içinin tam təmizlənmədiyini bildirib. 

Vətəndaş bildirib ki, qablaşdırmadan açılan toyuğun daxilində orqan və qan parçaları qalıb.

Məhsul gigiyenik qaydalara uyğun şəkildə təmizlənmədiyi üçün istifadəyə yararsız hesab edilir.

Məsələ ilə bağlı "Hicaz” broylerlə əlaqə saxlamağa cəhd etsək də, zənglərimiz cavabsız qalıb.

Günel Hüseynli

 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью