Marketdən oğurluq edən Neftçala sakini xəstəxanalıq oldu

13.01.2025

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Neftçalada bıçaqlanma hadisəsi baş verib.

Bakupost.az -ın məlumatına görə, hadisə rayonun Aşağı Surra kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü İbrahimov Mirzə Cəbrayıl oğlu kəsilmiş-deşilmiş yara ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Yaralının deməsinə görə, marketlərin birindən oğurluq edərkən tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью