Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Bakıda marketdən 114 ədəd şokolad oğurlayan şəxs saxlanılıb.
Avtosfer.az “Qaynarinfo”ya istinadla xəbər verir ki, oğurluq hadisəsi Binəqədi rayonunda məşhur marketlər şəbəkələrindən birinin mağazasında baş verib.
Belə ki, 1990-cı il təvəllüdlü E.R. ümumi dəyəri 495,90 manat olan 114 ədəd “Alpen Gold” markalı şokolad məhsulunu ödəniş etmədən götürərək mağazadan çıxıb.
Təqsirləndirilən şəxs 1 ədədinin bazar dəyəri 4,35 manat olan “Alpen Gold” şokoladının 1 ədədini 1 manat 09 qəpiyə 20 Yanvar ərazisində tanımadığı şəxslərə sataraq 60 manat pul əldə edib.
Məhkəmənin hökmü ilə E.R. İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə təqsirli bilinib. Ona tutulduğu 2 gün çıxılmaqla, 1 ay 28 gün müddətinə inzibati həbs cəzası verilib.