Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir. Marketlər şəbəkəsi günbəgün genişlənir.
Bu hesaba da marketlərin ümumi ticarətdəki payı artır.Nəzər alaq ki, 2024-cü ildə Azərbaycanda yaşayan əhali istehlak məqsədilə ay ərzində adambaşına 364 manat pul xərcləyib.
İstehlak xərclərində ən böyük pay qida məhsullarına məxsusdur. Ötən il insanlar hər ay ərzağa 158 manat pul xərcləyib.
Cəmi istehlak xərclərinin 43,5 faizini ərzaq xərcləri təşkil edib.
Bəs, marketlər istehlakçıları necə cəlb edirlər?Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib ki, marketoloqların istehlakçıları öz labirintlərinə salmaq üçün çoxsaylı üsulları var:“Bunun üçün min səhifələrlə yazılmış çoxsaylı kitablar mövcuddur.
Hədəfsə birdir: istehlakçını marketin qapısından içəri necə salaq?! Çünki içəri girən istehlakçı nəsə almaq məcburiyyətindədir.
Etiraf edək ki, marketoloqlar ən sürətlə inkişaf etmiş fəaliyyət sahəsi ilə məşğuldurlar.
Təsadüfi deyil ki, bu gün bizdəki marketlər Londondakı, Parisdəki, Nyu-Yorkdakı marketlərdən heç nə ilə fərqlənmir.İstər daxili dizayn, istər çeşid çoxluğu, istərsə də gülərüz heyət Avropadakı marketlərdən heç də geri qalmır.