Marketlərdə 16 qəpiyə satılan yumurta Birləşmiş Ərəb Əmirliklərinə 10 qəpiyə ixrac edilib …
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ümumi dəyəri 1 milyon 224 min dollar olan 20 milyon 505,6 min ədəd yumurta ixrac edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac olunan yumurtanın 1 ədədinin orta gömrük dəyəri 6 sent (10 qəpik) olub.
Müqayisə üçün qeyd edək ki, Azərbaycanda daxili bazarda satılan yumurtanın 1 ədədinin pərakəndə satış qiyməti 16 qəpik təşkil edib.
Onu da qeyd edək ki, ötən il yumurta Azərbaycandan xarici ölkələrə aşağıdakı qiymətlərlə ixrac edilib: Rusiya – 48 milyon 654 min ədəd (14,5 qəpiyə); Birləşmiş Ərəb Əmirlikləri – 34 milyon 146 min ədəd (13 qəpiyə); İraq – 1 milyon 80 min ədəd (13,4 qəpiyə).Elnur Əli Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu