Marketlərdə POSterminallar işləmir

27.12.2024

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Bakının Nəsimi rayonu ərazisindəki marketlərdə POS-terminallar işləmir.

Bu barədə Bakupost.az -a paytaxt sakinləri bildiriblər.

Onların dediyinə görə, xüsusən də "Memar Əcəmi" metrostansiyası yaxınlığındakı "Rahat", "Araz", "Rosman" və digər marketlərdə alıcılardan kartla ödəniş qəbul olunmur. Buna səbəb kimi, POS-terminalların işində problem yarandığı deyilir.

Sakinlər bildiriblər ki, bu vəziyyət bir saata yaxındır davam edir.

Zaur, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью