futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
PSJ-nin kapitanı Markinyos UEFA Superkuboku uğrunda matçda “Aston Villa” üzərində qazanılan qələbəni (2:1) şərh edib.
Futbolpress.az xəbər verir ki, braziliyalı müdafiəçi bu barədə Fransa klubunun rəsmi saytına açıqlama verib:
“Mövsümə başlamaq üçün bundan yaxşı imkan ola bilməzdi. Qazanılan titulla futbolçuların, məşqçilər korpusunun və rəhbərliyin ambisiyasını növbəti dəfə nümayiş etdirdik. Çox az hazırlaşmağımıza baxmayaraq, meydanda yaxşı mübarizə apardıq, qarşılaşma ərzində yarana biləcək çətinliklərin öhdəsindən gəldik və layiqli qələbə qazandıq. Kuboku növbəti dəfə başım üzərinə qaldırdığım üçün qürur duyuram.
Azarkeşlərin dəstəyini hər an hiss edirdik. Hələ isinmə hərəkətləri zamanı onların yanımızda olduğunu gördük. 90 dəqiqə boyunca kəsilməyən bu dəstək komandaya əlavə güc verir. Azarkeşlərimizin rolu yeni mövsümdə də əvəzsiz olacaq. Ümid edirəm ki, hər zaman yanımızda olacaqlar, çünki yenidən böyük uğurlar qazanmaq üçün meydanda var gücümüzlə mübarizə aparacağıq”.