Marko qələbədə əsas pay sahibi oldu

23.03.2025

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ”ın futbolçuları Marko Yankoviç və Marko Veşoviçin çıxış etdiyi Monteneqro millisi DÇ-2026-nın seçmə mərhələsində ilk oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, Robert Prosineçkinin baş məşqçi olduğu komanda öz meydanında Cəbəllütariqlə qarşılaşıb.

Monteneqronun 3:1 hesabı ilə qalib gəldiyi oyunda həm Yankoviç, həm də Veşoviç start heyətdə meydana çıxıb və sona qədər oynayıb. Yankoviç qollardan ikisinin ötürməsini verərək qələbədə böyük pay sahibi olub. O, 70 və 73-cü dəqiqələrdə – komandasının 2-ci və 3-cü qollarında məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью