Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Leyptsiq" baş məşqçisi Marko Rouzla yollarını ayırıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssislə yanaşı, onun məşqçilər heyəti - Aleksandr Zikler, Marko Kurt, Frank Heydek və Frenk Eqiq də istefaya göndərilib.
Bildirilib ki, müvvəqqəti baş məşqçinin adı yaxında açıqlanacaq.
Qeyd edək ki, 48 yaşlı Rouz 2022-ci ilin sentyabrından "Leyptsiq"i çalışdırırdı. Onun rəhbərliyi altında komanda Almaniya kuboku və Superkubokunu qazanıb. Hazırda "Leyptsiq" Bundesliqanın 27 turundan sonra 42 xalla 6-cı yerdədir.