Marko Roysun çıxış etdiyi klub MLS kubokunun qalibi olub

08.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Almaniya millisinin sabiq üzvü Marko Roysun çıxış etdiyi ABŞ-nin “Los-Anceles Qalaksi” klubu MLS kubokunun qalibi bəlli olub.

"Report" xəbər verir ki, finalda "Nyu-York Red Bulls" kollektivi ilə qarşılaşan komanda 2:1 hesablı qələbəyə sevinib.

Roys bu görüşdə 75-ci dəqiqədə meydana daxil olub və heç nə ilə yadda qalmayıb.

Qeyd edək ki, bu, Marko Roysun ABŞ-də qazandığı ilk titul olub.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью