Marko Rubio ABŞ nin diplomatiyaya açıq olduğunu bildirdi

20.07.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Birləşmiş Ştatlar rəsmi Tehranla yaranmış gərginliyin nizamlanması üçün diplomatik münasibətlərə və dialoqa hazırdır.

XQ xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının (ASEAN) sammitində iştirak etmək üçün Manilaya (Filippin) yola düşməzdən əvvəl jurnalistlərə müsahibəsində deyib.

ABŞ-nin xarici siyasət idarəsinin rəhbəri Vaşinqtonun böhranların dinc yolla həllinə üstünlük verdiyini vurğulayaraq: "Birləşmiş Ştatlar həmişə diplomatik həll yoluna açıq qalır. Biz İranla bu istiqamətdə dəfələrlə cəhd etmişik və cəhd etməyə də davam edəcəyik. Əgər bu dialoq qapısı açılsa, biz bunu məmnuniyyətlə qarşılayacağıq", - deyə bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью