Marko Rubio: ABŞ Şimali Atlantika Alyansından çıxmayacaq

03.04.2025

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ NATO-nun üzvü olaraq qalacaq. Hazırda Birləşmiş Ştatların hərbi blok çərçivəsində fəaliyyəti əvvəlkindən daha yüksəkdir.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.

“Birləşmiş Ştatlar NATO-nun bir hissəsidir və biz əvvəlki kimi təşkilatın fəal iştirakçısı kimi qalırıq. Prezident Donald Tramp NATO-nu dəstəklədiyini və ABŞ-ın alyansda qalacağını açıq şəkildə ifadə edib”, - deyə Dövlət katibi bildirib.

Rubionun sözlərinə görə, Vaşinqton NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşü zamanı bloka daxil olan hər bir dövlətdən müdafiə xərclərini ümumdaxili məhsullarının beş faizinə çatdırmaq öhdəliyi götürməyi tələb edəcək.

Xatırladaq ki, martın 10-da amerikalı sahibkar və ABŞ Hökumətinin Effektivliyi Departamentinin rəhbəri İlon Mask Birləşmiş Ştatların NATO-dan çıxmalı olduğunu deyib. Onun fikrincə, Vaşinqtonun Avropanın təhlükəsizliyi üçün pul xərcləməsinin mənası yoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью