Marko Rubio: “NATO əsl ittifaq olmalıdır”

07.04.2025

Icma.az bildirir, Ayna portalına istinadən.

ABŞ NATO müttəfiqlərindən öhdəliklərin artırılmasını istəyir

ABŞ-ın dövlət katibi Marko Rubio deyib ki, NATO-nun Haaqada keçiriləcək sammitində Vaşinqton tərəfdaşlarından hərbi blok çərçivəsində öhdəliklərini artıracaqlarını gözləyir. AYNA.AZ xəbər verir ki, bu barədə dövlət katibi “X” sosial şəbəkə hesabında qeyd edib.

Bildirib ki, ABŞ artıq mühüm töhfələr verib və dəstəyini davam etdirməyi planlaşdırır. Rubio bununla yanaşı, müttəfiqləri öz imkanlarını gücləndirməyə çağırıb: “NATO əsl ittifaq olmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью