Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14.10.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vaşinqton, 14 oktyabr, AZƏRTAC

ABŞ Dövlət katibi Marko Rubio oktyabrın 17-22-də Özbəkistan və Hindistana rəsmi səfər edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, Marko Rubio səfər çərçivəsində Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək C5+1 formatında nazirlər görüşündə iştirak edəcək.

Görüşdə ABŞ və Mərkəzi Asiya ölkələri arasında strateji əməkdaşlığın genişləndirilməsi, regionda sülhün və iqtisadi rifahın təşviqi məsələləri diqqət mərkəzində olacaq.

Dövlət Departamenti bildirib ki, Rubio C5+1 diplomatik platforması çərçivəsində strateji əməkdaşlığın ABŞ və Mərkəzi Asiya ölkələri üçün daha dinc və firavan gələcəyin təmin edilməsinə verdiyi töhfəni vurğulayacaq.

Özbəkistandan sonra Marko Rubio Hindistana yollanacaq. O, Mumbay və Camnaqar şəhərlərinə səfər edərək yüksəkvəzifəli rəsmilərlə ABŞ-Hindistan strateji tərəfdaşlığını, regional və qlobal məsələləri, eləcə də enerji sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edəcək.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью