Marko Rubio Parisdə Ukrayna XİN rəhbəri ilə görüşdü

10.11.2026

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və ABŞ-nin dövlət katibi Marko Rubio Parisdə danışıqlara başlayıblar.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti teleqram kanalında məlumat yayıb.

"Parisdə Andrey Sibiqa və Marko Rubionun danışıqları başlayıb. Ukraynanın xarici işlər naziri və ABŞ dövlət katibi sülh səylərini (Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə - red.), strateji tərəfdaşlığın inkişafını, Ukraynanın müdafiə qabiliyyətinin və dayanıqlığının gücləndirilməsini müzakirə edəcəklər", - qurumun məlumatında bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью