Marko Rubio Sudani ilə müzakirə aparıb

26.01.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ dövlət katibi Marko Rubio İraqın Baş naziri Məhəmməd Şiə əl-Sudani ilə telefonla danışıb.

Bakıvaxtı.az xəbər verir ki, zəngdə İraqdakı təhlükəsizlik vəziyyəti, siyasi proseslər və hökumətin formalaşdırılması müzakirə edilib.

Rubio İraq hökumətinin İŞİD üzvlərinin təhlükəsiz şəkildə saxlanılması təşəbbüsünü tərifləyib və diplomatik səyləri dəstəkləyib.

O, İranın təsiri altında olan hökumətin ABŞ ilə tərəfdaşlığı inkişaf etdirə bilməyəcəyini vurğulayıb.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью