Marko Rubio: Tramp İran məsələsini müzakirə edib, lakin Çindən kömək istəməyib

14.05.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vaşinqton, 14 may, AZƏRTAC

"Biz Çindən kömək istəmirik. Onların köməyinə ehtiyacımız yoxdur".

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ dövlət katibi Marko Rubio “NBC News”a verdiyi müsahibədə deyib.

O, Çində yüksək səviyyəli görüşdə Trampın İran məsələsini müzakirə etdiyini, lakin Çindən kömək istəmədiyini vurğulayıb. Çinin İranın nüvə silahına sahib olmaması məsələsində ABŞ ilə razılaşdığını və görüşlərdə bunun müzakirə edildiyini bildirib.

O, əlavə edib ki, Çin tərəfi görüşlərdə Hörmüz boğazının hərbiləşdirilməsinin və ödəniş sisteminin tərəfdarı olmadığını bəyan edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью