Marko Veşoviç yarımfinalın cavab qarşılaşmasını buraxacaq | Icma.az
Icma.az, sport24.az portalına istinadən məlumat verir. "Qarabağ"ın legioneri Marko Veşoviç cəzalı duruma düşüb.
Sport24.az xəbər verir ki, buna cinah müdafiəçisinin "Araz-Naxçıvan"a uduzduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda sarı vərəqə alması səbəb olub.
33 yaşlı oyunçu cari mövsüm bu turnirdə ikinci dəfə belə halla üzləşib. O, aprelin 23-də cavab qarşılaşmasında meydana çıxa bilməyəcək.
Qeyd edək ki, "Qarabağ" "Araz-Naxçıvan"a 0:1 hesabı ilə uduzub. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu