Marko Yankoviç bu göstəriciyə görə Avropa Liqasında ilk pillədə qərarlaşıb

12.02.2025

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.


"Qarabağ"ın üzvü Marko Yankoviç UEFA Avropa Liqasının Liqa mərhələsində ən çox qayda pozuntusuna məruz qalan futbolçudur. Sport24.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi 8 matçda 33 dəfə belə halla üzləşib.
Monteneqrodan olan oyunçu bu göstərici ilə birinci pillədə qərarlaşıb.
Türkiyənin "Fənərbağça" klubundan Fred (24) ikinci, İtaliya təmsilçisi "Roma"dan Mamu Kone (21) üçüncü olub.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsini 3 xalla sonuncu - 36-cı pillədə başa vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью