Marko Yankoviç Çexiyaya qarşı oynadı

06.09.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib. 

QOL.az xəbər verir ki, L qrupunda yer alan Montenerqro millisi öz meydanında Çexiyanı qəbul edib. 

“Qarabağ”dan Monteneqro yığmasına dəvət alan Marko Yankoviç də bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxan yarımmüdafiəçi 70-ci dəqiqədə “Yuventus”lu Vasilije Adziçlə əvəzlənib. 

Monteneqro yığmasına dəvət alan “Neftçi”nin üzvü Ervin Kuç isə qarşılaşmanı əvvəldən sona kimi ehtiyat oyunçular skamyasından izləyib. 

Görüş Çexiya yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

4-cü görüşdə ikinci məğlubiyyətini alan Monteneqro 6 xalla qrupda üçüncüdür. 5 matçdan sonra 12 xalı olan Çexiya isə qrup lideridir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью