Marko Yankoviç Kəpəz lə oyunu buraxacaq

10.03.2025

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ"ın aparıcı futbolçusu Marko Yankoviç cəzalı duruma düşüb. Sport24.az xəbər verir ki, buna 29 yaşlı yarımmüdafiəçinin "Araz-Naxçıvan"a qalib gəldikləri Misli Premyer Liqasının XXVI turunun oyununda sarı vərəqə alması səbəb olub.

Monteneqrodan olan oyunçu cari mövsüm dördüncü dəfə bu halla üzləşib.

Yankoviç XXVII turda səfərdə "Kəpəz"lə oyunda meydana çıxa bilməyəcək.

Qeyd edək ki, martın 15-də təşkil olunacaq "Kəpəz" - "Qarabağ" matçı saat 17:00-da start götürəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью