Marko Yankoviç: “Qrupda ən yaxşı oyunu onlar oynayırlar”

18.11.2024

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Türkiyə ilə oyuna yaxşı hazırlaşmışıq. Xal və ya xallar alacağımıza ümidliyik".

QOL.az xəbər verir ki, bu sözləri Monteneqro millisinin futbolçusu Marko Yankoviç UEFA Mİllətlər Liqasının B Liqasının 6-cı turunda sabah Türkiyə ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

"Qarabağ"ın yarımmüdafiəçisi rəqiblərinin A Liqasına yüksəlməyə layiq olduğunu bildirib: "Qələbə və bəlkə də heç-heçə Türkiyəyə A Liqasında vəsiqə qazanmaq üçün kifayət edəcək. Düşünürəm ki, Türkiyə millisi A Liqasında oynamağa layiqdir. Qrupda ən yaxşı futbolu onlar oynayırlar. Bir millidə "Real", "Yuventus", "İnter", "Benfika", "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş" kimi klubların futbolçuları çıxış edirsə, o komanda A Liqasına yüksəlməyə layiqdir. Çox yaxşı komandadır. Biz əlimizdən gələni edəcəyik, amma çox çətin bir oyun olacaq. Çünki rəqibin gücü bəllidir".

Qeyd edək ki, sabah keçiriləcək Monteneqro - Türkiyə oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq. Hazırda Türkiyə millisi 11 xalla qup lideridir. Beş oyunun hamısında uduzan Robert Prosineçkinin rəhbərlik etdiyi Monteneqro isə sonuncudur.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью