Marko Yankoviç "Qarabağ"dan gedəcək? Rəsmi

04.06.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ"ın aparıcı futbolçularından olan Marko Yankoviç Ağdam təmsilçisindəki gələcək karyerası ilə bağlı yayılan xəbərlərə son qoyub.

Axar.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi ölkəsinin mətbuatına verdiyi açıqlamada "Qarabağ"la qüvvədə olan daha birillik müqaviləsinin mövcudluğunu diqqətə çatdırıb.

O, hazırda klubdakı statusunda heç bir dəyişikliyin yaşanmadığını xüsusi vurğulayıb:

"Klubdakı gələcəyimlə bağlı hələlik heç bir yenilik yoxdur. "Qarabağ"la daha birillik müqaviləm var və mən bu komandanın futbolçusuyam. Transfer bazarında hər şey ola bilər, amma hazırda bunu düşünmürəm. Bütün diqqətimi Slovakiya ilə qarşıdakı yoldaşlıq görüşündə yaxşı oynamağa cəmləmişəm. Ardınca istirahət edəcəyəm və sonrakı proseslərin necə cərəyan edəcəyini görəcəyik".

Xatırladaq ki, 2022-ci ildən etibarən Ağdam təmsilçisinin formasını geyinən 30 yaşlı oyunçunun "Qarabağ"la müqavilə müddəti gələn ilin iyun ayına qədər nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью