Markos Senesi Argentina millisinə çağırılıb

11.06.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Tottenhem”in müdafiəçisi Markos Senesi 2026-cı il Dünya çempionatı üçün Argentina millisinə çağırılıb.

İdman.Biz bildirir ki, milli komandanın mətbuat xidməti bu barədə X sosial media səhifəsində məlumat verib.

29 yaşlı futbolçu heyətdə zədəli olan "Marsel"in müdafiəçisi Leonardo Balerdini əvəz edəcək.

Senesi Argentina millisində üç yoldaşlıq oyununda iştirak edib.

Ötən mövsüm müdafiəçi “Bornmut2da oynayıb. O, bütün yarışlarda 39 oyunda meydana çıxıb və beş məhsuldar ötürmə edib. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 25 milyon avrodur.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью