Icma.az bildirir, Fanat portalına istinadən.
İngiltərə Premyer Liqası təmsilçilərindən "Tottenhem" transfer bazarında səs-küy yaradacaq bir həmləyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, London klubunun baş məşqçisi Roberto De Zerbinin "Mançester Yunayted"in hücumçusu Markus Reşfordun oyununa heyran olduğu və onun "Barselona"dakı icarə müddəti başa çatdıqdan sonra komandaya cəlb edilməsini istədiyi bildirilir.
Rəhbərlik futbolçunun 40 milyon funt-sterlinqlik sərbəstqalma maddəsini ödəmək niyyətində deyil və daha aşağı məbləğ üçün danışıqlar aparmağı planlaşdırır.
Karyerasını xaricdə davam etdirməyə üstünlük verən Reşfordun vəziyyətini "Bavariya" da yaxından izləyir.