Markus Reşford “Mançester Yunayted”ə qayıtmaq istəmir

25.04.2025

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hazırda icarə əsasında "Aston Villa"nın formasını geyinən "Mançester Yunayted"in vingeri Markus Reşford "Barselona"ya keçməyə hazırdır. Sport24.az xəbər verir ki, bu barədə "Give me sport" portalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, futbolçu karyerasını Çempionlar Liqasında çıxış edən klubda davam etdirmək istəyir. O, icarədən sonra "Mançester Yunayted"ə qayıtmaq istəmir.

Qeyd edək ki, Reşford qışda "Aston Villa"ya icarəyə verilib. Futbolçu Unai Emerinin komandasında bütün turnirlərdə ümumilikdə 17 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun "Mançester Yunayted"lə hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью