sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"İnter" hücumçusu Markus Türamla müqaviləni uzatmaq üçün danışıqlara başlayıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Şiranın məlumat yayıb.
29 yaşlı fransız hücumçunun İtaliya klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. O, mövcud sözləşməyə əsasən ildə 6,5 milyon avro və əlavə olaraq bonuslar qazanır.
Mənbənin bildirdiyinə görə, Milan klubunun ilkin təklifi müqavilənin maliyyə şərtlərinin azaldılmasını nəzərdə tuturdu, lakin Türam bundan imtina edib.
Qeyd edək ki, fransalı futbolçu bu mövsüm forma geyindiyi 14 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib.