Marmarayın mühəndisi Vüsal Aslanovun müşaviri oldu 10 stansiyanı layihələndirəcək | Icma.a…
Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin İstanbul şəhərindəki məşhur Marmaray sualtı tunelinin mühəndisi Orxan Yenigünə "Bakı Metropoliteni” Qapalı Səhimdar Cəmiyyətində vəzifə verilib.
Qaynarinfo-nun məlumatına görə, türkiyəli mütəxəssis Orxan Yenigün "Bakı Metropoliteni” QSC-də sədrin müşaviri təyin olunub.
O, Bakıda yeni çəkiləcək 10 metrostansiyanın layihəsinin hazırlanmasında yaxından iştirak edir.
"Bakı Metropoliteni” QSC-dən sorğumuza cavab olaraq bildirilib ki, bir müddətdir təcrübəli mütəxəssis "Bakı Metropoliteni” QSC-də sədrin müşaviri kimi fəaliyyətə başlayıb və hazırda bu vəzifədə çalışır.
Qeyd edək ki, "Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviri Orxan Yenigün 1967-ci ildə Türkiyədə anadan olub.
Metro və yüngül relsli nəqliyyat sistemləri onun karyerasında xüsusi yer tutur.
İstanbul metrosunun inşaatında bir sıra layihələrin əlaqələndiricisi və rəhbəri olub.
Tam oxu
Xəbəri oxu