Marneulidə ağır qəzaya düçən azərbaycanlı ölüb FOTO

31.01.2026

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gürcüstanın Marneuli bələdiyyəsinin Baydar kəndində 28 yanvar tarixində baş verən ağır yol-nəqliyyat hadisəsində yaralanmış Sadaxlı kənd sakini Sənan Şərifov həkimlərin bütün müdaxilələrinə baxmayaraq klinikada dünyasını dəyişib.

Modern.az Gürcüstan mediasına istinadən xəbər verir ki, sözügedən ağır yol qəzası nəticəsində Üfiq Bədəlov və Ümid Adgözəlov hadisənin baş verdiyi gün həyatlarını itiriblər. Sənan Şərifov isə ağır bədən və boyun xəsarətləri ilə əvvəlcə Marneulidəki klinikalardan birinə, daha sonra isə Tbilisidə yerləşən “İnqorovka” klinikasına yerləşdirilib.

Mövcud məlumata əsasən, əməliyyat olunmasına baxmayaraq, həkimlər onun həyatını xilas edə bilməyiblər (Aktual.ge).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью