Marneulidə Alilo yürüşü keçiriləcək

06.01.2025

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yeni mətbuatın məlumatına görə, bu barədə Marneuli və Hucab yeparxiyası məlumat yayıb.

Bildirilib ki, yürüş 7 yanvar saat 12:00-də Marneulinin mərkəzində yerləşən Davit Ağmaşenebeli Kilsəsinin önündən başlayacaq və Marneuli Mədəniyyət-Evinin qarşısında başa çatacaq.

Qeyd edilib ki, xristian inancına görə hər il İsə Peyğəmbərin mövludu günü – Milad bayramı Gürcüstanda təntənə ilə qeyd olunur. Pravoslav xristianlarının Milad bayramı yanvarın 7-də “Alilo” adlı mərasimlə yad edirlər. “Alilo” bayramı Gürcüstanda XIV əsrdən qeyd olunur. Lakin bu bayramın qeyd edilməsi bir müddət qadağan olunmuşdu. Gürcü xalqı 2000-ci ildən bu bayramı yenidən təntənə ilə qeyd edir. Son bir neçə ildir ki, Marneulidə də "Alilo" yürüşü keçirilir.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью