Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub

24.11.2026

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gürcüstanın Marneuli şəhərində qarışıq döyüş sənətləri (MMA) üzrə turnir keçirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, yarışda 24 idmançı müxtəlif çəki dərəcələri üzrə mübarizə aparıb.

Turnir Gürcüstan Döyüş Liqasının (GCL) təşəbbüsü və təşkilatçılığı, Marneuli Meriyasının və Azərbaycan Evinin dəstəyi ilə baş tutub.

Yarışda gürcü döyüşçülərlə yanaşı, Gürcüstanın azərbaycanlı idmançıları da iştirak ediblər.

Marneulili idmançı Sənan Xəlilov 70 kiloqram çəki dərəcəsində rəqibinə qalib gələrək turnirin çempionu adını qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью