Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq. Tbilisi, 10 may, AZƏRTAC Mayın 10-da Marneulidə "Müstəqil Azərbaycan Konstitusiyasının müə
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi, İnkişaf və Təhsil Mərkəzinin təşkilatçılığı ilə baş tutub.Əv
Sonra səfir Faiq Quliyev çıxış edərək Ulu Öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib.
Bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin inkişafı, dünya dövlətləri sırasında mövqeyinin möhkəmlənməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu Öndərin bilavasitə iştirakı ilə qəbul olunan ilk milli Konstitusiyamız dövlətimizin inkişafının hüquqi əsasını qoyub.
Dünyaşöhrətli siyasi və dövlət xadimi Heydər Əliyev daim dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların, eləcə də Gürcüstandakı soydaşlarımızın qayğısına qalıb.
Onun sözlərinə görə, Ulu Öndər soydaşlarımıza qayğısını sözdə deyil, əməllərində göstərib."Gürcüstanda yaşayan azərbaycanlılara Azərbaycan dövlətinin diqqət və qayğısı davam etdirilir.
Soydaşlarımızla bağlı məsələlər hər zaman diqqətdə saxlanılır”, – deyə F.Quliyev vurğulayıb.