Marneulidə “Saral İnkişaf və Təhsil Mərkəzi”nin açılışı olub AZƏRTAC

06.01.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Tbilisi, 6 yanvar, AZƏRTAC

Gürcüstanda yaşayan soydaşlarımızın inteqrasiyasına yardım məqsədilə tədbirlər davam etdirilir.

AZƏRTAC xəbər verir ki, Marneulinin Yuxarı Saral kəndində soydaşlarımızın sosial inkişafına xidmət edəcək “Saral İnkişaf və Təhsil Mərkəzi”nin açılışı olub.

Mərasimdə ziyalılar, icma üzvləri, tələbə və gənclər iştirak ediblər. Bildirilib ki, mərkəzin əsas məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkilinə, təhsilinə və idmana marağının artmasına dəstək verməkdir.

Mərkəzdə 115 nəfər ingilis dili, riyaziyyat, və digər fənlərdən pulsuz təhsil alırlar.

Sonda ingilis dili kursunu bitirmiş gənclərə sertifikatlar təqdim olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью