Marqarita Simonyan əməliyyat olunub

29.09.2026

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

“Rossiya Segodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan əməliyyatdan sonra Moskvadakı xəstəxanalardan birinə yerləşdirilib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 46 yaşlı teleaparıcı əməliyyatın yaxşı keçdiyini bildirib. 

Simonyanın sözlərinə görə, əməliyyata altı ay əvvəl keçdiyi şüa terapiyasının sonuncu PET/KT müayinəsində üzə çıxan yan təsirləri səbəb olub.

O, xərçənglə mübarizə aparan qadınlara da müraciət edərək, bu fəsadlarla mübarizə aparmağın vacibliyini vurğulayıb.

Qeyd edək ki, M.Simonyana 2025-ci ilin sentyabr ayının əvvəlində süd vəzi xərçəngi diaqnozu qoyulub. Bundan sonra o, əməliyyat keçirib və kimyaterapiya kursu alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью