Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan millisinin hücumçusu Marqarita Stepanenko AVRO-2026-nın C qrupunda Rumıniya üzərində qazanılan qələbəni şərh edib.
Apasport.az xəbər verir ki, voleybolçu qələbənin vacibliyini vurğulayıb:
“Bu gün qələbə qazandığımız üçün şadıq. Hesabdan asılı olmayaraq, bu qələbə bizim üçün çox vacib idi. Bu, voleyboldur, oyunda yüksəliş də olur, eniş də. Yorğunluğa baxmayaraq, komanda şəklində oynadıq və xarakter nümayiş etdirdik. Biz öz evimizdə oynayırıq, azarkeşlərimiz bizi dəstəkləyir. Bütün Azərbaycan bizə inanır. Ona görə də biz qalib gəlməli idik”.
Millimizin hücumçusu: “Səhvlərimiz üzərində çalışdıq və qələbə qazandıq” AVRO-2026: Millimiz İspaniyanı darmadağın edib AVRO-2026: Belçika və Niderlanddan qələbə “Murov Az Terminal”dan yeni transfer Voleybol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO