Olay.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Məşhur aktrisa Marqo Robbi anası Sari Kessler ilə birlikdə Parisə yollanıb.
OLAY yazır ki, aktrisa Fransanın paytaxtında gəzinti zamanı paparatsiyaların obyektivinə tuş gəlib. Ana və qız alış-veriş edib, müxtəlif butiklərə baş çəkib, o cümlədən “Cartier” zərgərlik evini də ziyarət ediblər.
Marqo Robbi bu gəzinti üçün zərif geyim seçib. Aktrisa ipək top və krujeva detallı mini ətək geyinərək görünüşünü qara balet ayaqqabıları, qara şlyapa və gün eynəyi ilə tamamlayıb. Ulduz saçlarını açıq saxlamağa üstünlük verib.